Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.
Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.
Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq alınan su içilir.
Gülxətmi çayının faydaları:
- Öskürəyi yumşaldır
- Arıqladır
- Dərini rahatladır
- Hüceyrələri təzələyir
- Köpün qarşısını alır
- Mədə qıcqırması və gəyirməni aradan götürür
- Mədə ağrısını azaldır
- Qaraciyərin funksiyasını yaxşılaşdırır