Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
194 saylı marşrut avtobusda 40 qəpiklik ömür - Şikayət

194 nömrəli müntəzəm marşruti üzrə hərəkət edən avtobuslardan sərnişinlər şikayətçidir.

Bizimyol.info xəbər verir ki, şikayətlər əsasən avtobusların marşrut xətlərində köhnə, istismara yararsız olması, interval, sürücülərin davranışı ilə bağlıdır.

Sərnişinlər bu problemlə bağlı 141 çağrı mərkəzinə dəfələrə müraciət etdiklərini bildirirlər. Şikayətçilər hesabe dir ki, daşımanın ayrı-ayrı fiziki şəxslərə, özəl şirkətlərə həvalə edilməsi problemin kökündə dayanan məsələdir. Çünki həmin şirkətləri keyfiyyətli xidmət göstərmək yox, daha çox gəlir əldə etmək düşünüdürür. Əhalinin şikayətləri isə sadəcə şikayət olaraq qalır.

Sərnişinlər bildirir ki, avtobuslar arasında interval yarım saata yaxındır, avtobusun ilk dayancaqdan son dayanacağa çatması üçün 1 saat yaxın zaman sərf edir.

Şikayətçilərin sözlərinə görə, əslində saat 22:00-dan sonra gün bitməsə də, işdən çıxıb evə getmək üçün dayanacaqda saatlarla avtobus gözləyənlərin əsəbləri bitib-tükənir. Buna səbəb isə axşam saatlarında bəzi marşrutların xəttə istədiyi vaxtda çıxması, bəzilərinin isə ümumiyyətlə çıxmamasıdır.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »