Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanaya yerləşdirilən Flora Kərimova: "Ölməmişəm"
flora kerimova

Hazırda vəziyyətim yaxşıdır. Ölməmişəm.

Bunu açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.

Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm. Müayinədən sonra hər şeyin qaydasında olduğunu dedilər”,- Xalq artisti bildirib.

Flora Kərimova həkimlərdən razı qaldığını qeyd edib:

“Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.(oxu.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
Son xəbərlər
Bütün xəbərlər »