Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qocalıq dərmanı tapıldı – Antibiotik imiş

Rapamitsin insanların qocalmağa qarşı başlatdığı inqilabda cərrahi müdaxilə olmayan ilk addım hesab edilə bilər.

Bizimyol.info xəbərt verir ki, ilkin versiyalara görə bu dərman qocalmanın qarşısını alır. Amma sona qədər əminlik varmı? Bunu heç bir həkim bilmir.

Filadelfiya Dreksel Universitetinin mütəxəssisləri qocalıq prosesini ləngitməyi öz qarşılarına məqsəd qoyublar və ilk məqsədə də çatıblar.

İcad edilmiş Rapamitsin adlı dərman öncə antibiotik kimi kəşf edilmişdi, lakin tezliklə immundepressant kimi istifadə olunmağa başladı. Bu dərman orqan nəqli zamanı daxili orqanların zədələnməməsi üçün cərrahiyədə istifadə olunur.

Kristian Sellin rəhbərlik etdiyi alimlər kliniki sınaqlar keçiriblər. Sınaqlarda bu məlhəm 36 könüllününü əlinə çəkilib. Sılnaq nəticəsinbdə məlum olub ki, preparat əldəki qırışları azaldıb və zahiri görünüş gəncləşib.

Hələ 2006-cı ildə ilk dəfə dərmanın bu məqsədlə işə yaradığı məlum olub. 2009-cu ildə siçanlar üzərində aparılmış təcrübə göstərib ki, bu dərman tətbiq edilmiş dişi siçanların ömrü 14, erkək siçanların ömrü 9 faiz uzanıb.

Orqanizmə düşərkən preparat hüceyrələrin böyüməsi və çoxalmasına cavabdeh olan zülal kompleksinin işini blok edir. Bu da hüceyrələrin qocalmasının qarşısını alır. Bu günlərdə preparat ilk dəfə insanlar üzərində sınaqdan keçirilib və ilkin nəticələr özünü göstərib. Lakin bunun dönən proses olub olmadığı məlum deyil.

İlhamə Rəsulova

Bizimyolşinfo

Son xəbərlər
Bütün xəbərlər »