Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aksiyalarda həbs edilənlər edam olunacaqlar” - İran KİV

İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz iddia ilə çıxış edib.

Qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:

“Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl “üsyan”dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır”.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »