Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahbaz Xuduoğlu:”Əlövsət Əliyev qanunsuz hərəkət etməyib”

Bu gün sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə “Müsavat” partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Əlövsət Əliyev Əlövsət Əliyev

Əlövsət Əliyevin qardaşı Şahbaz Xuduoğlu Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, qardaşının hərəkətlərində hər hansı hüquqa zidd fəaliyyətin olmasına inanmır.

“ Almaniya son dövrlər miqrant axınına qarşı mübarizə tədbirlərini gücləndirib və bir çox qaydaları sərtləşdirib. Ola bilər ki, Əlövsətin rəhbərlik etdiyi İnteqrasiya Mərkəzinə çoxlu sayda insanın gəlməsi almanları narahat edib. O bir azərbaycanlı olaraq bu ölkədə yaşayan soydaşlarımıza həmişə yardım edir. Məsələhət verir. Başqa hər hansı bir xoşagəlməz hərəkəti yoxdur.Ola bilər ki hansısa kiçik inzibati xəta baş verib. Hesab edirəm ki, çox tezliklə Almaniya polisi araşdırmalaran sonra onları sərbəst buraxacaq. Lakin Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydi. Biz burdan vəkil ayırmamışıq, əminik ki orda məsələ tezliklə həllini müsbət yöndə tapacaq”,- deyə o bildirib.

Qeyd edək ki, “Leqat” Almaniyada hüquqi şəxs yaratmaq, daşınmaz əmlaka, biznesə sahib olmaq, müalicə-turizm müəssisələrinə yerləşmək, vəkil və tərcüməçilərlə təmin olunmaq... və digər bu kimi məsələlərin həlli üçün çalışan təşkilatdır.

Təşkilat Karlstrasse 31, 40210, Düsseldorf ünvanında yerləşir.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »