Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tofiq Yaqublunun üzündə işgəncə əlamətləri qalır” – Qızından açıqlama

“Bir az öncə ata ilə görüşdüm. Şüşə arxasında 5 dəqiqə görüş oldu. Hələ də üzündə işgəncənin əlamətləri qalırdı”.

Bizimyol.info xəbər verir ki, bu barədə inzibati həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində saxlanılan Milli Şuranın üzvü Toqfiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Nigar Həzi Nigar Həzi

N.Həzi deyib ki, T.Yaqublu qabırğasının bərk ağrıdığını bildirdi: “Sağ qolu da həmçinin çox ağrıyır. Qolunu qaldıra bilmirdi, üzündə qançır izləri varıydı. Üzündəki şişkinliklər hələ də keçməmişdi. Atam dedi ki, onun qolunu arxadan rezin qandalla qandallayıb yuxarı dartaraq 1 saat təpik və yumruqla döyüblər. Döyə-döyə atamdan “De ki, səhv etmişəm, imtina edirəm mübarizədən” deməsini tələb ediblər. Atam onların istədiklərini demədikcə daha bərk döyüblər".

N.Həzi deyib ki, dünən Ombudsman Aparatından nümayəndələri Tofiq Yaqublu ilə görüşüblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »