Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik keçmiş deputatın pensiya iddiasına cavab verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş deputat Gülər Əhmədovaya əlillik dərəcəsinin təyin olunması iddiası ilə bağlı açıqlama verib.

Bizimyol.info-nun nazirliyə göndərdiyi sorğuya verilən cavabda bildirilib ki, Milli Məclisin keçmiş deputatı G.Əhmədovanın ikinci dərəcə əlilliyin təyin olunması iddiası həqiqətə uyğun deyil.

“Keçmiş deputat Gülər Əhmədova 2017-ci ildə ona əlilliyin təyin olunması üçün müraciət edib. Amma ona əlillik təyin olunmayıb. Buna səbəb onun əlavə müalicəyə ehtiyacının olmasıdır. Stasionar müalicə müddətinin az olması, müayinələrin nəticələri və həkimlərin rəyi əlillik dərəcəsini təyin etməyə əsas vermir”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Ardınca onun barəsində cinayət işi başlanıb və 2013-cü ilin fevralında həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan deputat Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə 2014-cü ilin mayında onu 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəzayla azadlığa buraxıb.

Son xəbərlər
Bütün xəbərlər »