Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş komandirdən açıqlama: “Mənə qarşı xüsusi vəhşilik göstərmək istəyirdilər”

Bazar günü Bakıda keçirilən qadına zorakılıq əleyhinə “Dözmə, yürüş et!” aksiyasının təşkilatçılarından biri, Budo döyüş növləri federasiyasının qadınlar üzrə milli komandasının baş məşqçisi Rəbiyyə Məmmədova əvvəllər Daxili Qoşunlarda xidmət etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, R.Məmmədovanın sözlərinə görə, onun Daxili Qoşunlarda xidmət etdiyi barədə məlumatı hər yerdə deyir: “Mən Arif Məlikov adına Serjant Məktəbində təkminləşdirmə kursu keçmişəm. Oranı fərqlənmə ilə bitirmişəm. İdmanla məşğul olmuşam”.

R.Məmmədova deyib ki, bu səbəblərə görə onun tanıdığın polis əməkdaşları var: “Mənim qolumu burub gətirən Orxan da, sağ əlimdən tutub arxamca gələn Nərmin Əliyeva da Daxili Qoşunlardan tanıdığım insanlardır. Ümid edirəm indi Orxan danmaz, onunla dost olmuşuq. Nərmin isə mənim komandiri olduğum qrupda əsgər idi. İkisi də mənə qarşı xüsusi vəhşilik göstərmək istəyirdilər, amma alınmadı”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »