Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərdən qızıl və pul oğurlayan qadınlar tutulub

Masallıda rayonu ərazisində evlərdən oğurluq edən şəxslər tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumat görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi olan bir qadınla birgə rayon ərazisindəki evlərin birindən 500 manat, 5300 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər
Bütün xəbərlər »