Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist 1 qədəh pivə üçün 68 min dollar verdi

Avtraliyalı jurnalist Piter Leylor 1 qədəh pivəyə 68 min dollar xərcləyib.

"Bizimyol.info" "Guardian"a istinadən xəbər verir ki, hadisə İngiltərədə, "Malmaison" otelində qeydə alınıb.

Belə ki, Piter barda 28 dollarlıq pivə sifariş edib. Lakin , ödəniş həyata keçirilən zaman kassir qız Piterdən yenidən kartın kodunu yazmasını xahiş edib. Beləliklə, kartın hesabından 28 dollar yerinə 68 min dollar çıxılıb.

Otel menecerinə hadisəylə bağlı xəbər verildikdə o, Piterə problemin tez bir zamanda aradan qaldırılacağını deyib.

Kart hesabından pulun çıxılmayacağına inanan jurnalist oteli tərk edib. Lakin o yanılıb.

Qeyd edək ki, "Malmaison" pulu yalnız 10 gün sonra qaytara biləcəyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »