Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə klubu transfer üçün futbolçuya pul əvəzinə ov iti verdi

Türkiyənin Orhaneli inzibati rayonunda yaşayan Hasan Uysal 10 illik ayrılıqdan sonra futbola qayıdıb. O, Kütahyanın “Muratlıspor” klubuna ov iti müqabilində transfer olunub.

Bizimyol.info xəbər verir ki, Hasan əvvəllər müxtəlif peşəkar, həvəskar klublarda forma geyinib. Ova böyük maraq üzündən futbolla vidalaşıb. Bu dəfə “Muratlıspor” klubunun təklifini çox sərfəli saydığından, yenidən oynamaq qərarı verib.

Kütahya klubu böyük maddi imkanı ilə seçilmir. “Muratlıspor” futbolçulara yaxşı maaş vermək gücündə deyil. Klub qarşısına həvəskarlar liqasında yerini qorumaq məqsədi qoyub. Ortada pul olmayınca, Hasan da ov itinə razılaşmaq qərarına gəlib.

Son xəbərlər
Bütün xəbərlər »