Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bulat Niqmatulin: "Koçaryana dedim ki, Azərbaycanla razılaşmaq lazımdır, amma o..."

Ermənistan daha bir atom elektrik stansiyası tikmək üçün yeni layihəyə başlayır. Ermənistanda nəzərdə tutulduğu kimi, o, Metsamor (Erməni) AES-in bağlanacağı güman edildiya vaxtda, təxminən 2026-cı ildə işə düşəcək.

Virtualaz.org bildirir ki, bunu Nyu Yorkda BMT İqtisadi və Sosial Şurasının keçirdiyi sabit inkişaf məsələləri üzrə beynəlxalq konfransda Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bəyan edib.

Erməni nüvə elektrik stansiyasının ilk enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə 1980-ci ilin yanvarında istifadəyə verilib. 1988-ci ilin dekabrında 25 min insanın öldüyü Spitak zəlzələsindən sonra-1989-cu ilin martında nüvə elektrik stansiyasının faəliyyəti dayandırılıb. Amma 1995-ci ilin noyabr ayında respublikada baş verən enerji böhranı səbəbindən ikinci enerji bloku yenidən istifadəyə verilib.

O vaxtdan bəri, Metsamor AES istismar riskinin yüksək olması ilə bağlı xəbərdarlıqlara baxmayaraq, işləyir. Ermənistanda istehsal olunan elektrik enerjinin 45 faizi Metsamor atom stansiyasının payına düşür. Artıq qeyd etdiyimiz kimi, hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməli idi. Amma sonradan müxtəlif yollarla onun istismar müddəti 2026-cı ilə qədər uzadıldı...

Yeni stansiyanın tikintisinə gəlincə, müxtəlif hesablamalara görə, onun inşası 4-5 milyard dollara başa gələcək.

Təbii ki, Ermənistanın özünün buna gücü çatmaz. Bəs başqaları necə, Ermənistana kömək edərlərmi?

Rusiya Atom Enerjisi Nazirinin keçmiş müavini (1998-2002) Bulat Niqmatulin virtualaz.org-a açıqlamasında bildirib ki, Ermənistan özü-özünə kömək etməyincə, heç kim ona kömək etməz.

Bulat Niqmatulin bu əsnada xatırladıb ki, o hələ 2000-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Koçaryana Metsamor AES-in son illərini yaşadığı barədə xəbərdarlıq edibmiş.

Cernobilin yeni versiyasi Ermenistanda metso 44

"Bu, 18 il əvvəl olub... Koçaryan onda dedi ki, Ermənistan Atom Elektrik Stansiyasının bağlanmasına gedə bilməz, çünki ölkənin alternativ mənbələri yoxdur. Mən ona qonşuları-Türkiyə və Azərbaycanla razılığa gəlməsini və bu stansiya ilə əlaqədar onlarda bir əminlik yaratmasını təklif etdim. Koçaryan bununla razılaşmadı və mən ona açıq şəkildə bildirdim ki, qonşuları ilə barışmayana qədər Ermənistanın heç bir perspektivi yoxdur. Ancaq prezident qayıtdı ki, "onlar müharibəni udublar". Onda mən də qayıtdım ki, "Ermənistan nə əldə edib, təcrid? Azərbaycanın nefti, dənizlərə çıxışı, insan resursları, Türkiyə kimi müttəfiqi var. Vaxt da ona işləyir”. Koçaryan onda fikrə getdi, sonra da hirslə bildirdi ki, “düşmən əhatəsində yaşamaq ermənilərin taleyidir”. Həmin söhbətdən təxminən iyirmi il keçib. Azərbaycan inkişaf edir, əhalisi 7 milyondan 10 milyona çatıb və əhalinin rifahı artır. Mənim proqnozlarım düz çıxdı”,-deyə Niqmatulin bildirib.

Yeni layihə üçün maliyyə məsələsində ermənilərin əsasən Rusiyaya bel bağladıqları barədə deyilənlərə gəlincə, Niqmatulun vurğulayıb: “Rusiya heç vaxt atom elektrik stansiyasının tikintisi üçün Ermənistana beş milyard dollar sərmayə qoymayacaq. İranın özü indi pula ehtiyac duyur, Qərb də bu pulu küləyə atmaz. Beləliklə, Ermənistanda yeni AES olmayacaq, bunu mütəxəssis olaraq tam məsuliyyətlə deyirəm. Eyni zamanda, qonşu ölkələri beynəlxalq təşkilatlara müraciət etməyə məcbur edən Metsamor AES-in istismarı, ehtimal ki, davam etdiriləcək. Ermənistanın yeganə çıxış yolu qonşuları ilə razılaşmaqdır, əks təqdirdə təcrid şəraitində yaşayacaq".

Son xəbərlər
Bütün xəbərlər »