Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo: "40-41 yaşıma kimi futbol oynaya bilərəm"

İtaliyanın "Yuventus" futbol klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Oxu.Az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşmasının mümkün olduğunu deyib:

"Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Həmçinin 40-41 yaşıma qədər oynaya bilərəm. Bilmirəm...

Həmişə deyirəm ki, anlardan həzz almaq lazımdır. Hədiyyə əladır və bundan həzz almağı davam etdirməlisən. Düşünmürəm ki, kimsə bundan sonra məndən çox rekorda imza atsın".

Qeyd edək ki, portuqaliyalı futbolçu 2018-ci ilin yayından "Yuventus"da oynayır. Daha öncə isə "Real", "Mançester Yunayted" və "Sportinq" klublarının formasını geyinib.

O, beş dəfə Çempionlar Liqasının qalibi olub və 126 qolla turnir tarixinin ən yaxşı hücumçusu adına layiq görülüb. Bundan əlavə, K.Ronaldo 5 dəfə "Qızıl top"la mükafatlanıb.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
Son xəbərlər
Bütün xəbərlər »