Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkil çəkdirmək üçün burnunu sındırdı - Salahdan gözəl hərəkət – Foto

Kumirinin diqqətini cəlb etmək istəyən uşaq işıq dirəyinə çırpıldı.

“Liverpulun” 11 yaşlı azarkeşi Luis Fauler 10 yaşlı qardaşı İsaakla birlikdə lbun futbolçuları ilə şəkil çəkdirmək istəyib. Uşaqların atalığı Co Kuper “Liverpool Echo”ya bildirib ki, onların evi klubun təlim bazası ilə üzbəüzdü.

Avqustun 10-da Luis bazanı öz maşını ilə tərk edən Məhəmməd Salahı görüb və onun arxasıyca qaçıb. Təqibin sonunda uşaq əvvəlcə görmədiyi işıq dirəyinə çırpılıb və burnunu sındırıb.

Hadisəni görən Salah maşınını geri döndərib və uşağın vəziyyəti ilə maraqlanıb. O, həmçinin hər iki qardaşla arzu etdikləri kimi şəkil çəkdirib.

Son xəbərlər
Bütün xəbərlər »