Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda hind filmlərini qadağan etdilər: Hindistanı cəzalandırırlar

Aylardır Pakistanla Hindistan arasındakı gərginlik səngimir. Kəşmir probleminin tezliklə həll olunanacağı inandırıcı görünmür.

Bizimyol.info xəbər verir ki, Pakistanda hind filmlərinin nümayişini qadağan ediblər. Baş nazirin məsləhətçisi Firdus Aşik Avan bu haqda “Twitter” hesabında yazıb. Pakistan Hindistanı belə cəzalandırdığını düşünür.

Pakistan Hindistanla dəmiryolu əlaqəsini də kəsib. Dəmiryolu nəqliyyatı naziri Rəşid Əhməd çalışdığı sahəyə uyğun olmayan bəyanat verib: “Bizə qarşı müharibə başlanılsa, bu, axırıncısı olacaq”.

Gərginlik ötən cümə axşamı artıb. Hər iki tərəfin hücum etdiyi bildirilir. Ara sakitləşəndən sonra avqustun 5-də ilk həmlənin Pakistandan gəldiyi iddia olunur. Ardınca Hindistan Cammu və Kəşmirin xüsusi statuslarının ləğvini bəyan edib.

Bu ştatların əraziləri Hindistan və Pakistan arasında bölünüb. Amma hər iki tərəf ümumi əraziyə iddia edir. Üstəlik, Azad Kəşmir adlı faktiki Pakistana daxil olan tanınmamış dövlətin də bölgəyə iddiası var.

Son xəbərlər
Bütün xəbərlər »