Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalılara qarşı hörmətsizlik edən oteldən açıqlama

Ötən gün "Facebook" sosial şəbəkəsində İspaniyanın kurort şəhəri Salounun "Hotel Best San Francisco" otelində baş vermiş insident haqda məlumat yayılıb.

"Bizimyol.info" xarici KİV'ə istinadən xəbər verir ki, hadisə ilə bağlı "Hotel Best San Francisco"nun otel nümayəndəsi Serji Berq danışıb.

Onun sözlərinə görə, hadisə heç də ukraynalıların bəhs etdiyi kimi olmayıb: "Otelimizə gələn qonaqların xarici mətbəxlərin yeməkləri ilə tanış olması üçün onlara hər gün bir ölkənin yeməkləri təqdim olunur. "Günün mətbəxi"nin hansı ölkəyə məxsus olduğunu bildirmək üçün isə otelimizdə həmin ölkənin bayrağı asılır."

Serji həmçinin bildirib: "Qonaqlardan biri bizə yaxınlaşıb Rusiya bayrağını oradan götürməyimizi xahiş etdi. Biz, heç bir söz demədən onun istəyini yerinə yetirdik."

Otel numayəndəsi Berq həmin gecə oteldə "rus xalqının müharibə dövrünə həsr olunmuş mahnilarının ifa olunması" ittihamına da aydınlıq gətirib: "O gecə otelimizdə "Duo Antares" qrupu dünyaca məhşur xitləri ifa edib."

Berq həmçinin vurğulayıb: "Heçkəs cərimə olunmayıb. Şikayətçi şəxs hələ də otelimizdə istirahət etməyə dəvam edir."

Sonda Serji sosial şəbəkə istifadəçilərindən otellərinin reytinqinə zərər vuracaq yalan məlumatları yaymamalarını xahiş edib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »