Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kababçı əti dronla daşıyıb sosial mediada gündəm oldu - Video

Türkiyənin ilk qastronomiya şəhəri olan Qaziantepdə bir kababçının ətləri qəssabdan dron vasitəsi ilə gətirdikdən sonra manqalda bişirməsi rəngli görüntülərə səhnə olub.

Moderator.az xəbər verir ki, hazırlayacağı əti qəssabdan dron ilə iş yerinə gətirən kababçı dronu sanki bir köməkçi kimi istifadə edir.

Fərqli bir şeylər etmək istəyərkən ağıllarına belə bir fikir gəldiyini bildirən kababçı " Daha əvvəl də belə bir şey etməyi planlaşdırmışdıq, amma bu günə qismət imiş. Dron da günümüzün texnikasının bir hissəsi olduğu üçün ondan istifadə etdik" deyib.

Son xəbərlər
Bütün xəbərlər »