Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berni Sanders: "Prezident seçilsəm, Tel-Əvivə qarşı sanksiyalar tətbiq edəcəm"

"İsraildə bir ailəm var. Yəhudiyəm. Mən İsrail əleyhdarı deyiləm. Ancaq İsrailin Fələstini işğal etməsi bitməlidir"

Avropa.info xəbər verir ki, bu sözləri 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyanın namizədi, əslən yəhudi Bernie Sanders deyib. Sanders prezident seçiləcəyi təqdirdə ABŞ-ın İsrailə etdiyi 3.8 milyard dollarlıq yardımı Tel-Əvivə qarşı bir "kart" olaraq istifadə edəcəyini bildirib.

"ABŞ yalnız İsrail tərəfdarı, İsrail tərəfdarı, İsrail tərəfdarı ola bilməz. Bölgədəki digər dövlətlərin də tərəfdarı olmalıdır. O bölgədəki bütün ölkələrin yanında olmalıdır. Prezident olacağım təqdirdə ABŞ-ın hər il İsrailə etdiyi 3.8 milyard dollarlıq hərbi yardım paketini bu ölkəyə qarşı istifadə edəcəyəm.

İsrail xalqının sülh, müstəqillik və təhlükəsizlik şəraitində yaşamaq haqqına sahib olduğuna inanıram. Ancaq bir çox insan mənimlə eyni fikirdədir. Bu işğal bitməlidir. Həqiqi sülh yalnız hər israilli üçün deyil, hər bir fələstinli üçün də olmalıdır. İki xalq üçün də özünü idarəetmə, mədəni hüquqlar və iqtisadi rifaha imkan verilməlidir" - Sanders belə deyib.

İsrail baş naziri Benyamin Netanyahunu irqçilikdə ittiham edən Sanders, İsrailə qarşı iqtisadi və siyasi təzyiqi artırmağı hədəfləyən "Boykot, Təcrid və Sanksiyalar" Hərəkatının iyun ayında keçirdiyi bir etirazda iştirak etmiş, üzərində "İşğala qarşı yəhudilər" yazan bir plakat qaldırmışdı.

Son xəbərlər
Bütün xəbərlər »