Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər həyəcan təbili çalır: Hamı ABŞ-dakı kimi yaşasa, insanları doyurmağa 5 planet lazımdır

Təbiətin bizə təklif etdiyi illik resurslar insanları 365 gün doyurmağa çatmır. İndiyə qədər bioresursların 2019-cu il üçün bərpa olunan hissəsini yeyib bitirmişik.

Bizimyol.info xəbər verir ki, Fransanın “Le Monde” qəzeti belə maraqlı material hazırlayıb. Alimlər həyəcan təbili çalır. Planetin hamını doyurmağa gücü çatmır.

2003-cü ildə amerikalı, belçikalı, isveçrəli alimlərdən qurulmuş “Global Footprint Network” analitik mərkəzi ekoloji məsələlərlə bağlı hesabat hazırlayır. Hesabata görə, insanlar təbiətin hər il bizə təklif etdiyindən çox bioresurs xərcləyir.

Mütəxəssislərdən Arno Qofye hesab edir ki, insanın təbiətə aqressiv və yırtıcı münasibəti acı nəticələr gətirəcək: “Biz təbiətə resurslarını bərpa etməyə imkan vermirik”.

Hesabata görə, dünyanın bütün insanları ABŞ əhalisi kimi yaşasaydı, bizi doyurmağa 5 planet gərək olardı. Rusiyada bu göstərici 3,2, Almaniyada 3, Çində 2-dir. Qənaətbəxş rəqəm Hindistandadır (0,7). Dünyanın orta göstəricisinin isə 1,75 olduğu bildirilir.

Fransanın 2,7 planetə ehtiyacı var. “Global Footprint Network”in baş direktoru Matis Vakernagel deyir ki, bu Avropa ölkəsində mayın 5-nə qədər illik bioresurs imkanlarını yeyib bitirirlər.

Bu cür davam etsə, 2100-cü ilə qədər qlobal istiləşməyə görə planetin ümumi temperaturu 4-5 dərəcə artacaq. Qofye deyir ki, dünya belə müqəddəratı arzulamır.

Mütəxəssisin fikrincə, bioresurslara daha həssas yanaşmaq, israf etməmək, plastik tullantıların həcmini minimuma endirmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »