Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkəti quşa görə yük maşınını dayandırdı - Foto

Bingöl- Ərzurum avtomobil yolunun tikinti işlərində çalışan yük maşınının sürücüsü İlyas Varol sürdüyü avtomobilin yanı ilə hər gün uçan arıquşunu izləməyə başlayır. Quşun onu nə üçün izləməsi əvvəlcə sürücünü təəccübləndirsə də, sonra anlayıb ki, quş avtomobildə yuva salıb. Avtomobilin motor bölümündə içərisində yumurtalar olan quş yuvasını görən sürücü bu barədə işlədiyi şirkətə məlumat verib.

Quşun yumurtalarının zərər görməməsi üçün heç kimi avtomobilə yaxın buraxmayan sürücü belə deyir:

“Bu quşla dostluğumuz təxminən 20 gün öncə başladı. Avtomobil hara gedirdisə, quş da bizi təqib edirdi.Maraqlanıb baxınca mühərrik bölümündə içərisində 6 yumurta olan quş yuvasını gördüm. Şirkət rəhbərliyinə xəbər verdik. Onlar da çox gözəl bir qərar verdilər. Quş bala çıxarıb, balaları uçub gedənə qədər avtomobili işlətməyəcəyik”.

qaranqush yuvasi 55

Qeyd edək ki, bir yük maşınının işləməsi bu firmaya ayda 15 min TL fayda verir. Bir quş yuvası üçün firmanın bu ziyanı gözə alması əsl insanlıq hekayəsidir.

qaranqush yuvasi 99

Ağ quyruqlu arı quşu növündən olan quşların yumurtadan bala çıxarma dövrü 11-16 gün ərzində dəyişir. Quş balalarının uçmağı öyrənməsi üçün də ən az bir ay vaxt lazım olduğunu desək, tikinti firması bir quş üçün əməlli -başlı ziyana düşüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »