Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Argentinanın futbol əfsanəsi: "Hətta Tonqa da bizi udar"
Lionel Messi

Argentina milli komandası Braziliyada keçirilən Amerika Kubokuna məğlubiyyətlə başlayıb. Lionel Messinin lideri olduğu yığma kollektiv Kolumbiyaya 0:2 hesabı ilə məğlub olub.

Bizimyol.info xəbər verir ki, argentinalı başqa bir futbol əfsanəsi Dieqo Maradona məğlubiyyətdən çox sarsıldığını deyib. O, “hətta Tonqa da bizi udar” cümləsini işlədib.

Diyeqo Maradona Diyeqo Maradona

Kolumbiya Argentinanı 12 ildir məğlub edə bilmirdi. Argentinalıların gənc baş məşqçisi Lionel Skaloni bəxtsizlikdən gileylənib. Messi isə hər şeydən əvvəl ot örtüyünün keyfiyyətsizliyini deyib.

Skaloni də meydançadan razı qalmayıb: “Bu hələ birinci oyundur. Görün üç oyundan sonra ot örtüyü nə vəziyyətə qalacaq”.

Baş məşqçi Messinin oyunu haqda yaxşı fikir söyləyib. Futbol ulduzu da bir o qədər bədbinliyə qapılmayıb. Paraqvayı məğlub edib özlərinə gələcəklərini deyib. Buna baxmayaraq, Messi Argentina milli komandasını turnirin favoriti saymır.

Lionel Skaloni Lionel Skaloni | Foto: AFP

Maradona hesab edir ki, milli komandanın məsuliyyətini hiss etmək lazımdır. Futbol əfsanəsi Skaloni ilə bağlı da bədbindir: “O, bizi yalnız moto yarışlar üzrə dünya çempionatının finalına çıxara bilər”.

Messinin milli komandadakı vəziyyəti də yaxşı deyil. Onu azarkeşlər çox tənqid edir. İndiyə qədər yalnız olimpiya oyunlarının qızılını görən Messidən çox şey gözləyirlər.

Paylaş »
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Stalin nə qədər pul qazanmışdı?
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Heç kimə xəbər vermədən 7 qadınla evləndi: Həftənin hər gününü bir qadınla keçirirmiş
Son xəbərlər
Bütün xəbərlər »