Çərşənbə axşamı , 16 İyul, 2019
Baş səhifə / Dünya / Dünya Bankı Gürcüstana 62 milyon dollar ayırıb

Dünya Bankı Gürcüstana 62 milyon dollar ayırıb

22 Views

Gurcustanin maliyye naziri Dunya banki

Dünya Bankı (DB) Gürcüstanın energetika sisteminin inkişafına 62 mln. dollar kredit ayırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı DB ilə Gürcüstanın Maliyyə Nazirliyi arasında saziş imzalanıb.

Sənədi DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon və Gürcüstanın maliyyə naziri İvane Maçavariani imzalayıb.

Layihənin məqsədi Gürcüstanın qərbində enerji təminatının etibarlılığının artırılması və Gürcüstanın Dövlət Elektrosisteminin maliyyə sağlamlaşdırılmasıdır.

M.Tembon bildirib ki, layihə Gürcüstanın regionlarında enerji təminatını gücləndirəcək və elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edəcək.

İ.Maçavariani DB-nin Gürcüstanın energetika sektorunu dəstkləməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə yekun nəticədə vətəndaşların rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək.