Oxu.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, ÇL-in qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi “Atletiko”nu çalışdıran Dieqo Simeoneni geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadır. 3-cü yerdə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinodur. Poçettino həmyerlisi Simeonedən 3 il geri qalır.
İlk altı pilləni təqdim edirik:
Qurban Qurbanov (Qarabağ) - 4 avqust 2008-ci il
Dieqo Simeone (Atletiko) - 23 dekabr 2011-ci il
Maurisio Poçettino (Tottenhem) - 27 may, 2014-cü il
Leonardo Jardim (Monako) - 10 iyun, 2014-cü il
Massimiliano Alleqri (Yuventus) - 16 iyul, 2014-cü il
Maurisio Sarri (Napoli) - 12 iyun, 2015-ci il.