Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusyanın kriminal "avtoritet"ləri Türkiyədə toplanacaq

Rusya mətbuatı mafiya liderlərinin yaxın günlərdə Türkiyədə gizli bir toplantı  keçirəcəkləri barədə xəbər yayıb.

Rus mətbuatında yer alan iddialara baxılacaq olsa, yaxında Türkiyədə rus mafiya liderlərinin gizli bir toplantısı keçiriləcək.

Bizimyol.info xəbər verir ki, “Rosbalt” agentliyinin məlumatında 40-a qədər "avtoritet"in qatılacağı yığıncaqda bir çox ölkələrdən gələcək  şəbəkə üzvlərinin iştirak edəcəyi iddia edilir. "Zirvə" nin səbəbi də maraqlıdır: Yığıncağa qatılanlar “Ahtam Samarkandski” yə "avtoritet"  adının verilməsində (cinayət təşkilatında üst səviyyə təyini) qaydalara zidd davranılıb - davranılmadığını araşdıracaqlar və qərar verəcəklər.

"Bizimyol.info" xəbər verir ki, Samarkandskinin "advermə" qərarına görə Dato Surgutski və Teymuraz Nemsitsveridze "sorğuya” çəkiləcəklər. "Rosbalt'ın məlumatına görə, önümüzdəki günlərdə keçirilməsi gözlənilən toplantıya Ramaz Dzneladz, Merab Bahiya, Koba Ahvlediani və Roni Uglava kimi Rusyanın kriminal aləmində məşhur olan isimlər də qatılacaq.

"Rosbalt' Rusyalı “qanuni oğru”ların buna bənzər böyük yığıncağının son dəfə 2015-ci ildə Ermənistanda keçirildiyini xatırladıb.

Rusiya Dövlət Başçısı Vladimir Putin bir müddət əvvəl mütəşəkkil cinayət birliklərilə əlaqədar cəzaları ağırlaşdıran qanun layihəsini təsdiqləyib. Yeni qanun, cinayət qruplarına üzv olan şəxslərə 8-15 il arasında həbs cəzası və ağır pul cəzası verilməsini nəzərdə tutur.  Mətbuata məlumat verən polis səlahiyyətlisi Rusiyada " qanuni oğru" adlandırılan mafiya üzvlərinin Cənubi Kipr və Türkiyə kimi ölkələrdə gizləndiklərini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »