Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən gözəl qadınının adı açıqlandı - Foto

ABŞ-ın məşhur “People” jurnalı planetin ən gözəl qadınını müəyyənləşdirməyə çalışıb. Nəşrin versiyasına görə, dünyada amerikalı aktrisa Cennifer Qarnerdən gözəli yoxdur.

Bizimyol.info xəbər verir ki, “People” Qarnerin şəklini xüsusi buraxılışın üz səhifəsində verib. Jurnal yazır ki, aktrisa eyni zamanda üç işi – Hollivud filmlərindəki çəkilişləri, “Once Upon a Farm” orqanik ərzaqlar şirkətinin istehsal prosesinə nəzarəti, “Save the Children” uşaqlara kömək hərəkatındakı fəaliyyəti çatdıra bilir.

Qarner “People” jurnalına müsahibəsində gəncliyində özünü heç vaxt cazibəli qadın saymadığını söyləyib. Hətta valideynləri də ona kompliment demirmiş. Aktrisa etiraf edib ki, asudə vaxtlarında, adətən, idman tərzində geyinir və düz-əməlli makiyaj etməyi bacarmır. Qarner fotosessiyadan evə qayıdanda özünü daha cazibədar hiss etdiyini bildirib. Çünki övladları kosmetikanı silib, saçlarını açmasını xahiş edir: “Mənim üçün kompliment budur. İstəyirlər ki, sadəcə onların anası kimi görünüm”.

Cennifer Qarner Cennifer Qarner | Foto: Reuters / Danny Moloshok

Qarner aktrisa olmaqla yanaşı, həm də prodüserdir. “Perl-Harbor”, “Bacarırsansa, tut”, “Dallas alıcılar klubu”, “Müqəddəs Valentin Günü” kimi məşhur filmlərdə çəkilib. 2005-ci ildə Ben Affleklə evlənsə də, iki il əvvəl ayrılmaq qərarına gəliblər.

“People” keçən il müğənni Pinki dünyanın ən gözəl qadını adlandırmışdı.

Son xəbərlər
Bütün xəbərlər »