Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecəsi 225 dollar: Məşhur rəssamın evində bu qiymətə qalmaq mümkündür - Foto

Fransanın Vernona şəhərinin Jiverni kəndində gecəni 225 dollara çox maraqlı yerdə keçirmək mümkündür. Zarafat deyil, ev məşhur rəssam Klod Moneyə məxsus olub.

Bizimyol.info xəbər verir ki, “Mavi ev” (La Maison Bleue) adlanan kottecdə 6 nəfər gecələyə bilər. Evin indiki sahibi qiymətin baha olmadığını deyir. Çünki Monenin burada yaşadığı XX əsrin əvvəllərindən fərqli olaraq, indi internet var. Üstəlik, avtomobil üçün park yeri, televizor, fen və paltaryuyan maşın müştərilərin ixtiyarında olacaq.

Klod Monenin evi Klod Monenin evi | Foto: Airbnb

Ev Jiverninin mənzərəli yerində yerləşir. Kottecin 1500 kvadratmetr ərazisində böyük bağ salınıb. Yaxınlıqda restoranlar, muzeylər görünür. Ev balaca deyil, 200 kvadratmetr sahəsi var. 2016-cı ildə təmir olunub, müasir, eyni zamanda antikvar mebel gətirilib.

Mone impressionizmin ən parlaq nümayəndələrindən sayılır. Rəssamın əsərlərindən biri bu il 27,5 milyon funt sterlinqə (təxminən 35,8 milyon dollar) satılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »