Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gorillalar insan kimi poz verərək selfi çəkdirdilər

Konqo Demokratik Respublikasında, Virungo Milli Parkının könüllülərindən birinin gorilla ilə çəkdirdi selfi internetdə böyük populyarlıq qazanıb. Bu barədə "The Independent" xəbər yayıb.

"Bizimyol.info" xəbər verir ki,  Virungo Milli Parkında qaçaqmalçılığa qarşı çalışan Matiyeu Shamavu, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması probleminə ictimaiyyətin diqqətini çəkmək üçün "iş vaxı" adlandırdığı fotoşəkil çəkərək sosial çəbəkələrdə paylaşıb. Şəkildə arxa fonda insan kimi, ayaqları üzərində duran iki gorilla görünür. Mathiyeu Facebook-da heyvan qaçaqçılarına qarşı mübarizəyə həsr olunmuş bir qrupda yazmışdı: "İşdə başqa bir gün".

Bir neçə gün ərzində bu şəkil 25 min nəfər tərəfindən bəyənildi, 20 mindən çox adam bunu paylaşdı. Şərh yazanlar Matieyə öz fəaliyyətləri ilə bağlı təşəkkür etdilər və səkili "ilin selfisi" adlandırdılar. Matiyeunun anti-brakoner tərəfdarları bütün insanları heyvanları xilas etmək üçün hər cür səy göstərməyə və kömək etməyə təşviq edirdilər.

Virungo Milli Parkının veb saytına görə təxminən 600 könüllü "intensiv təzyiqlərə məruz qalır, parkın eksklyuziv təbiətini qorumaq üçün həyatlarını təhlükə altına atırlar". Heyvanların qorunması təşkilatının sözçüsü həmçinin bu gorillaların parkın xüsusi bir hissəsində yaşadıqlarını, burada brakonerlərdən və ya qaçaqmalçılardan zərər çəkmiş heyvanlara qayğı göstərdiklərini söylədi. Onun sözlərinə görə, onlar insanlarla dostluq təmasında olublar, çünki onlardaim burada olan insanların qayğısını hiss edirlər.

Aprelin əvvəlində Ruandanın şimal-qərbindəki vulkan püskürməsi nəticəsində milli parkında yaşanan yanğşndan sonra anasının cəsədi yanında ağlayan körpə bir qorillanın görüntüləri yayılmışdı. Ekspertlər heyvanın qeyri-adi davranışını xüsusilə qeyd etmişdilər.

Son xəbərlər
Bütün xəbərlər »