Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən gəlirli şirkəti açıqlandı: “Apple” ikinci, “Samsung” üçüncüdür

Dünyanın ən gəlirli şirkəti məlum olub. “Moody's and Fitch” reytinq agentliyinin məlumatına görə, söhbət Səudiyyə Ərəbistanının neft şirkəti olan “Saudi Aramco”dur.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildə şirkətin təmiz gəliri 111.1 milyard dollar olub. Bu, “Apple”ın gəlirlərindən iki dəfə çoxdur. Reytinq cədvəlində ikinci olan “Apple”ın ötən il gəlirləri 59.5 milyard dollar olub. Üçüncü pillədə isə illik 35.1 milyard dollarla “Samsung” qərarlaşıb.

Apple, Samsung Apple, Samsung

“Saudi Aramco” 1988-ci ildə yaradılıb. Onun maliyyə göstəriciləri uzun müddət gizli saxlanıb. Neft nəhənginin qiymətli kağızlar bazarına çıxışından sonra onunla bağlı maliyyə məlumatları da açıqlanmağa başlayıb.

Şirkət dollar istiqrazlarının satışı hesabına 10 milyarda qədər vəsait əldə etmək niyyətindədir. Bu gəlirlər hesabına yerli neft-kimya şirkəti olan “Saudi Basic İndustries”in səhmlərinin 70 faizinin alınması planlaşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »