Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamının telefonundan şəkilləri ərəblər oğurlayıb - Qaşıqçı işinə görə qisas

Dünyanın ən zəngin adamı sayılan Ceff Bezos da telefonunu hakerlərdən qoruya bilməyib. Səudiyyə Ərəbistanından olan proqramçılar onun mobil cihazına yol tapıblar.

Bizimyol.info xəbər verir ki, bu haqda milyarderin şəxsi məsləhətçisi Qevin de Beker məlumat verib. Onun dediyinə görə, Bezos Səudiyyə Ərəbistanının qəzəbinə Camal Qaşıqçının öldürülməsindən sonra gəlib. Milyarderin sahibi olduğu “Washington Post” qəzeti qətl haqda xırda detallara qədər yazırdı.

Camal Qaşıqçı Camal Qaşıqçı

Qaşıqçı keçən ilin oktyabrın 2-də öldürülmüşdü. Jurnalist Səudiyyə Ərəbistanı hökumətinin əsas tənqidçilərindən sayılırdı. Onu ərəb ölkəsinin İstanbuldakı səfirliyində qətlə yetirmişdilər. “Washington Post” sifarişin məhz şahzadə Məhəmməd bin Salman əl-Səuddan gəldiyini iddia edirdi. Səudiyyə Ərəbistanı qətli yalnız 18 gün sonra etiraf etdi və şahzadənin bundan xəbərsiz olduğunu bildirdi. Jurnalistin ölümünə görə 15 nəfər həbs olundu.

Bezosun tanınmış jurnalist Loren Sançeslə telefonundan oğurlanan şəkillərini “National Enquirer” nəşri dərc etmişdi. “American Media” şirkətinə məxsus qəzet fotoları 200 min dollara aldğını bildirir. Guya şəkilləri Bezosun sevgilisinin qardaşı Maykl Sançes satıb.

Son xəbərlər
Bütün xəbərlər »