Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
60 gün çarpayıda uzanmağa görə 19 min dollar mükafat verirlər

NASA və Avropa Kosmik Agentliyi bir eksperiment üçün könüllülər yığır. İştirakçıları 19 min dollar mükafat gözləyir. Bunu qazanmaq üçün sadəcə 60 gün çarpayıdan qalxmamaq lazımdır.

Bizimyol.info xəbər verir ki, agentliklər 1300 ərizə qəbul edib. Amma yalnız 24 nəfərə şans veriləcək. Əlbəttə, hamı o pulu əldə edə bilməz. Həm fiziki, həm də psixoloji hazırlıqlı adamlara üstünlük veriləcək. Təşkilatçılar çalışır ki, 24 iştirakçıdan heç biri vaxtından əvvəl eksperimenti tərk etməsin.

Foto: esa.int

Eksperiment üçün əvvəlcə 15 gün hazırlıq keçiriləcək. Sonra 60 gün çarpayıda 100 elm adamının iştirakı ilə tədqiqat. Onlar çəkisizliyin insan orqanizminə təsirini araşdıracaqlar. Sonda isə 14 gün uyğunlaşma prosesi.

Son xəbərlər
Bütün xəbərlər »