Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən populyar təyyarə reysinin adı açıqlandı

Böyük Britaniyanın aviareyslərin statistikasıyla məşğul olan OAG onlayn xidməti ən populyar təyyarə reysləri ilə bağlı reytinq hazırlayıb. Statistikaya görə, müştərilərin ən çox istifadə etdiyi istiqamətlər Asiyadadır.

Bizimyol.info xəbər verir ki, reytinqdə birinci yeri Kuala-Lampur – Sinqapur reysi tutur. Hər gün bu istiqamətdə 82 dəfə uçuş həyata keçirilir. Uçuşların sayı il ərzində 30 minə çatır.

Sinqapur / Foto: pixabay.com

İkinci pillədə Honkonq – Taybey reysi (ildə 28,5 min) qərarlaşıb. Üçüncü yerdə Sinqapur – Cakarta reysidir (ildə 27 min). Liderlər qrupunda Cakarta – Kuala-Lampur, İnçhon – Kansay, Nyu York – Toronto, Honkonq – İnçhon, Banqkok – Sinqapur, Dubay – Küveyt reysləri də yer alıb.

Keçən il “Routes” onlayn xidməti ən populyar reys kimi Seul – Çecu adası istiqamətini göstərmişdi. 2017-ci ildə bu reys ilə 13 milyon adam uçub.

Son xəbərlər
Bütün xəbərlər »