Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmədə hökmü kompüter çıxaracaq - Dünyada ilk dəfə...

Estoniya hüquq sahəsində dünyada bir ilkə imza atmağa hazırlaşır. Baltikyanı ölkədə məhkəmə hökmünü kompüter çıxaracaq.

Bizimyol.info xəbər verir ki, 2019-cu ilin sonunda Estoniya ədliyyə nazirliyi yeni texnoloji metoddan istifadə edəcək. Texnologiya mütəxəssisi Ott Velsberqin “Wired” jurnalına verdiyi açıqlamaya görə, ədliyyə nazirliyi ona uyğun proqramın tətbiqi üçün müraciət göndərib. Proqram 7 min avroya qədər xırda məhkəmə mübahisələri ilə bağlı hökm çıxaracaq.

Mexanizm belə işləyəcək: hüquqi mübahisənin tərəfləri işlə bağlı bütün sənədləri xüsusi sayta yerləşdirəcək. Elektron hakim işə baxıb hökm çıxaracaq. Amma hökmdən yuxarı instansiya məhkəməsinə şikayət vermək olacaq.

Velsberq deyir: “Bəzi adamlar narahatdır ki, əməkdaşların sayı azalacaq, xidmət keyfiyyəti aşağı düşəcək. Amma süni intellekt bizə kömək edəcək”.

“Wired” yazır ki, məhkəmə qərarlarının və texnologiyanın vəhdəti müxtəlif ölkələrdə tətbiq olunur. Artıq ABŞ-da kompüter alqoritmləri bəzi işlərə münasibətdə tövsiyələr verir. Böyük Britaniyada isə “DoNotPay” startapı vasitəsilə smartfonda məhkəmədə iddia qaldırmaq mümkündür. Amma kömpüterlərin birbaşa hökm çıxarması təcrübəsindən ilk dəfə Estoniyada istifadə olunur.

Son xəbərlər
Bütün xəbərlər »