Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlənmək üçün saxta pul hazırladı, amma qız evini aldada bilmədi

Malayziyada evlənmək üçün vəsait tapa bilməyən əsgər çıxış yolunu qanunları pozmaqda görüb. O, saxta pul düzəltməyə başlayıb.

Bizimyo.info xəbər verir ki, 28 yaşlı əsgərin bacarığı yerli valyuta hazırlamağa çatıb. Avantürist evdə 4000 rinqgitin surətini çıxarıb və saxta pulları nişanlısına verib. Bununla toy xərclərini həll etdiyini düşünən malayziyalının sevinci uzun sürməyib. Nişanlısı pulların gerçək olmadığını qısa zamanda anlayıb. Əslində, oğlan bir çox xırdalıqlara fikir vermişdi. Məsələn, saxtaları gerçək pullara qarışdırmışdı. Amma bu da nişanlısını aldatmağa kömək olmayıb.

Qız məsələ haqda sevgilisi ilə ciddi danışıb. Oğlan saxta pul düzəltdiyini boynuna almayıb. Hətta qıza pulları bankomatdan çıxardığını sübut etmək üçün qəbz də göstərib.

Günahı bankomatın boynuna yıxmaq mümkün olmayıb. Qızın təkidi ilə polisə xəbər veriblər. Polis onun evində surətçıxarma aparatı tapıb. Bundan başqa, əsgərin kəsdiyi daha 55 əskinas müsadirə olunub. Onu həbs ediblər.

Son xəbərlər
Bütün xəbərlər »