Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçədə gəzərkən ehtiyatlı olun: Pəncərə yoldan keçən turisti öldürdü - Foto (18+)

Honkonqda otel xidmətçisinin ehtiyatsızlığı bir adamın ölümü ilə nəticələnib. O, pəncərə çərçivəsini yoldan ötən turustin başına salıb. Turist qızı xəstəxanaya çatdırmaq mümkün olsa da, zərərçəkən orada keçinib. Qızın yanındakı sevgilisi şüşə qırıntılarından kəsik yarası alıb.

Bizimyol.info xəbər verir ki, 39 yaşlı xadimənin dediyinə görə, otağın havasını dəyişmək istəyirmiş. Siqaret qoxusunu dəf etmək lazımmış. Pəncərəni xüsusi açarla açıb. Amma birdən pəncərənin çöl çərçivəsi aşağı düşüb. Bədbəxt turist də belə kuryoz hadisənin qurbanı olub.

Xadiməni həbs ediblər. Polis onu araşdırır ki, otağın havasını dəyişmək onun vəzifəsinə daxil idi, ya yox. İstənilən halda xadimə cəzadan yaxa qurtara bilməyəcək. Onu texniki təhlükəsizlik qaydalarına əməl etməməkdə günahlandırırlar.

Honkonq jurnalistləri yazır ki, otel 2009-cu ildə tam təmir olunmuşdu. Onda otaqlara yeni pəncərələr də qoyulmuşdu. Otelin bütün otaqlarında siqaret çəkmək qadağandır.

İndi Honkonq otellərində pəncərə çərçivələrinin möhkəmliyi yoxlanılır.

Son xəbərlər
Bütün xəbərlər »