Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordumuz 20 Yanvar şəhidlərini andı - Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Bizimyol.info xəbər verir ki, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »