Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna mətbuatında Azərbaycan səfirinin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib

Ukraynanın nüfuzlu Gordonua.com saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.

“Report” xəbər verir ki, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.

“Qanlı "Qara Yanvar"! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduqlarını gördülər”, deyə səfir məqalədə qeyd edir.

20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib. Qorbaçov komandası erməniləri himayə edirdi. Onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu.

Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib. Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər ilk növbədə Şəhid Xiyabanını ziyarət edirlər.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »