Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gözümü açanda gördüm ki, hər tərəf tüstüdür"
Narkoloji Mərkəzdəki yanğında zərər çəkən şəxs məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən və 25 nəfər xəstənin ölməsi, 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə prosesi davam edib.

Cinayət işi üzrə Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova ittiham edilir.

Bizimyol.info xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rəşad İmanov ifadə verib. O deyib ki, 3 dəfə mərkəzdə müalicə olunub: "Sonuncu dəfə yanğından bir həftə əvvəl xəstəxanaya gəlmişdim. Palatada 3 nəfər qalırdıq. Məhəmmədi ordan tanıyırdım. Yanğın olan günü tüstüdən başqa bir şey görməmişəm. Yatmışdım, gözümü açanda gördüm ki, hər tərəf tüstüdür. Özümüzü birtəhər çölə atdıq".

Zərərçəkmiş deyib ki, yanğının baş vermə səbəbini bilmir. O qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur.

Məkəmə prosesi dekabrın 25-də davam edəcəj.

Martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğında 25 nəfər ölüb, daha 29-u xəsarət alıb. Hadisə nəticəsində Mərkəzə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.

Pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovaya da Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.

A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.

Azad Ələkbərov isə ürəyində ən əməliyyat olunduğu üçün onunla bağlı cinayət işi ayrıca icraata verilib və istintaq hərəkətsiz saxlanılıb. Sonradan o dünyasını dəyişib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »