Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim Yol"un baş redaktoru Cümhuriyyət-100 medalı ilə təltif olundu
ABŞ-da fəaliyyət göstərən Güney Azərbaycan Televiziyasının təsis etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş medalla təltif olunanlar arasında "Bizim Yol" qəzetinin və bizimyol.info xəbər portalının baş redaktoru, publisist, yazar, siyasi şərhçi Bahəddin Həziyev də var. Bizimyol.info xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yarandığı gün münasibətlə dünən təşkil olunmuş tədbirdə GünAz TV-nin rəhbəri, tanınmış ziyalı, ictimai xadim Əhməd Obalı və bir sıra məşhur Azərbaycan ziyalıları çıxış edib. Sonra böyük öndər Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Əhməd Obalı Azərbaycanın tanınmış ziyalılarına medalları təqdim edib. Dünya şöhrətli alim, professor Rafiq Əliyev, tanınmış şairlərimiz Ramiz Rövşən və Rüstəm Behrudi, tədqiqatçı alimlər - Solmaz Tohidi, Firdövsiyyə Əhmədova, Nəsiman Yaqublu, Ədalət Tahirzadə, Rafiq İsmayılov, Milli Məclisin deputatı, fəlsəfə doktoru Fazil Mustafa, tanınmış yazarlar və jurnalistlər Elçin Şıxlı, Müsəllim Həsənov, Arif Əliyev, Akif Aşırlı da var. Tədbirin aparıcısı, professor Qulu Məhərrəmli, eləcə də, Əhməd Obalı, Rafiq Əliyev, Ramiz Rövşən, Solmaz Tohidi, Ədalət Tahirzadə, Rəis Rəsulzadə, Nəsiman Yaqublu Cümhuriyyətimizin tarixi, qurucu babalarımız, onların fəaliyyəti, Cümhuriyyət ənənələrinin yaşadılmasının vacibliyi, milli-dövlətçilik tariximizdə Cümhuriyyətin yeri və rolu haqda bir-birindən maraqlı çıxışlar etmişlər.

Tədqiqatçı alimlər Şirməmməd Hüseynovun, Cəmil Həsənlinin, Aydın Balayevin, Ramiz Abutalıbovun, eləcə də mərhum Mövsüm Əliyevin araşdırmaları, çəkdikləri zəhmət yüksək qiymətləndirilib.

Son xəbərlər
Bütün xəbərlər »