Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Özəl telekanalar əxlaqsızlığı yayır”

Milli Məclisin iclasında deputatı Aqil Abbas özəl telekanalları sərt tənqid edib.

Bizimyol.info xəbər verir ki, o, Milli Televiziya və Radio Şutasına telekanalları müvəqqəti də olsa bağlamaq və digər üsullarla cəzalandırmaq səlahiyyəti verilməsini təklif edib: “Azərbaycandakı özəl televiziya kanalları bu millətə nəyi aşılayır bəlli deyil. Bu gün özəl kanallar əxlaqsızlığı yayır. Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin.

Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »