Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərin Türkiyənin məşhur serialında - Video
Əməkdar artist Azərin də Fox TV-də yayımlanan “Savaşçı” serialında yer alıb. “Qafqazinfo” xəbər verir ki, müğənni reytinqli ekran işinin ötən günkü buraxılışında epizodik rolla çıxış edib.

O, əsgərlərin qarşısına çıxaraq “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. Azərinin sözügedən görüntüləri də sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, “Savaşçı”da aktyor-rejissor Kənan Mahmudov da rol alır. O, filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit obrazını canlandırır.

Son xəbərlər
Bütün xəbərlər »