Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat "Kəndlilər işləmək istəmir..." fikirlərinə aydınlıq gətirdi
Milli Məclisin deputatı Adil Əliyev canlı yayımda söylədiyi fikirlərə aydınlıq gətirib.

Bizimyol.info xəbər verir ki, Adil Əliyev bir neçə gün bundan öncə açıqlamalarında söylədiyi “Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin” fikirlərinə canlı yayım vasitəsilə aydınlıq gətirib. O fikrini bu şəkildə ifadə etmədiyini bildirib:

"Mən o mənada deməmişəm, mən demişəm ki, kəndlilərimiz öz üzərlərində daha çox çalışmalıdırlar. Məsələn, mən gedirəm hansısa bir kəndə, görürəm ki, kəndlidir amma yumurtanı marketdən alır. Kəndli niyə yumurtanı marketdən alsın axı? Niyə həyətində 2-3 toyuq, yaxud gündəlik öz ehtiyaclarını ödəyə biləcək sayda quş saxlamırlar ki? Hamının həyətyanmı sahəsi var və onların bir neçə toyuq saxlamağa imkanı çatır. Deməyim odur ki, bu mümkündürsə bu işə soyuq yanaşmasınlar, daha çox çalışsınlar".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »