Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ufak Tefek"in Arzusu serialdan getdi
Star TV-də yayımlanan "Ufak Tefek Cinayetler"in Arzusu, aktrisa Tülin Özen serialdan ayrılıb.

Qafqazinfo xəbər verir ki, layihənin ötən günkü seriyasında şok hadisə yaşanıb. Belə ki, serialın Edipi öldürüldükdən sonra ikinci cinayət baş verib.

Arzuya naməlum bir avtomobil çırpılıb və obraz ölərək ekran işi ilə vidalaşıb. Onun layihədən uzaqlaşması barədə rejissor Ali Bilgin də məlumat verib. O, İnstaqram-da T. Özenin "Ufak tefek"dən getdiyini qeyd edib.

İddia olunur ki, aktrisa öz istəyi ilə reytinqli layihədən uzaqlaşıb. T.Özen öz rolunun aqibətindən məmnun olmayıb, buna görə də, əməkdaşlığı sonlandırmaq qərarına gəlib.

Qeyd edək ki, serialın Mervesi Aslıhan Gürbüz də bir neçə həftədir ki, layihədə rol almır. Buna səbəb aktrisanın əməliyyat olunmasıdır.

Son xəbərlər
Bütün xəbərlər »