Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşğulluq süni şəkildə artırılır - QHT sədrindən açıqlama
Bu günlərdə Dövlət Statistika Komitəsi məlumat yaydı ki, ilin sentyabr ayının 1-ə olan vəziyyətə görə Azərbaycanda 35 440 nəfər işsiz statusu alan şəxs var. Bu məlumat sosial mediada müzakirə olundu və birmənalıq qarşılanmadı.

Bizimyol.info-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, məşğulluq süni şəkildə artırılır.

“Azərbaycanda 7200 ailənin torpaq sahəsi kəmərlərinin mühafizə zonasına düşür. Hansı ki həmin sahələri əkib-beçərilmir. Bəzi pay torpaq sahələri isə meşə sahəsinə düşür deyə əkib-beçərilməsinə icazə verilmir. Amma müvafiq qurumlar həmin şəxslərin adını hesabatda məşğulluğu təmin olunan şəxs kimi qeyd edirlər”,-deyə S.Məmmədov bildirib.

O, qeyd edib ki, mülki-hüquqi müqavilə ilə işləyənlər və qeyri-formal əmək bazarının iştirakçılarını təxmini hesablayıb onları da statistikada məşğulluğu olan şəxs kimi göstərirlər: “Məşğulluğun süni artırılması üsulları da var. Tutaq ki, bəzi müəssisələr hər il VÖEN-ni dəyişdirir, yeni yaranan müəssisə kimi qeydiyyatdan keçirlər. Əvvəlki işçilər ərizə yazıb işdən çıxırlar, sonradan onları yenidən işə qəbul edirlər. Adını da qoyurlar ki yeni iş yeri açılıb”.

S.Məmmədov deyib ki, muzdlu işləyənlərin sayı son illərdə stabil olaraq qalıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »