Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mixael Şumaxerin oğlu çempion oldu

7 dəfə “Formula-1” çempionu olmuş əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu adını qazanıb.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, 19 yaşlı Mik Şumaxer Almaniyanın Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq vaxtından əvvəl çempionluğunu rəsmişəşdirib.

Qeyd edək ki, Mik keçən il bu yarışlarda debüt etmiş və yekun siyahıda 12-ci yeri tutmuşdu.

Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.

Son xəbərlər
Bütün xəbərlər »