Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
51 saniyəyə 1 milyon ədəd satılan smartfon - REKORD
Bu gün “Nubia Z17” smartfonu satışa çıxarılıb. İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu, “Quick Charge 4.0+” tezdoldurulma texnologiyasını dəstəkləyən ilk smartfondur. Smartfonun standart komplektində “Quick Charge 3.0” doldurulma cihazı da mövcuddur.

Çinin iri internet mağazalarından birı olan “Jingdong” bildirib ki, “Nubia Z17” smartfonunun ilk 1 milyon ədədi 51 saniyəyə satılıb. Yeni flaqman üçün cəmi 4 dəqiqə tələb olunub ki, mobil cihazlar kateqoriyasında mağazanın tarixində satışlara görə rekorda imza atılsın. Mağaza “Nubia Z17”-nin satışları ilə bağlı cari məlumatları açıqlamır.

Smartfon cəlbedici xüsusiyyətinə görə əlverişli qiymətə malikdir və onun satışları 410 dollardan başlayır.

Son xəbərlər
Bütün xəbərlər »