Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqoda sərnişin gəmisi qəzaya uğradı - çoxlu sayda ölən və itkin düşən var
Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğrayıb.

APA xəbər verir ki, insident ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 27 nəfər ölüb, 54 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi və yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »