Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qida Təhlükəsizliyi Agentliyi prezidentin istəklərini doğrultmadı" - Birlik sədrindən sərt tənqid
Oxucularımıza təqdim etdiyimiz kimi, bu gün redaksiyamıza Şabran sakininin rayondakı marketlərin birindən aldığı iri dənəli “Patron” günəbaxan tumunun içindən it nəcisinin çıxması ilə bağlı məlumat daxil olmuşdu.

Belə ki, marketdən patron tumu alan rayon sakini paketi açdıqdan sonra it nəcisi görüb.

Bununla bağlı adıçəkilən şirkət gün ərzində zənglərimizə cavab verməsə də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla danışmağa müvəffəq olduq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Bizimyol.info-ya verdiyi açıqlamaya görə artıq ərzaq məhsullarının içərisindən çıxan biabırçı əşyaların kolleksiyasını hazırlayıb:

"Azad İstehlakçılar birliyində son 20 ildə yığılmış ərzaq mallarının içərisindən çıxan qeyri-adi cisimlərin biabırçı əşyaların kolleksiyası var. Məsələn, çörəyin içində bolt, qəndin içində tel, hətta peraşkinin içindən diş karobkasının çıxması və s. halların şahidi olmuşuq. Əgər istehsal prosesində ərzaq mallarının tərkibinə kənar cisim düşürsə bu o deməkdir ki, orada heç bir sanitariya normalarına əməl olunmur. O ki, qaldı tumlara, hər birimiz bilirik ki, Azərbaycanda tumlar yüksək səviyyədə reklam olunur. Bu çox böyük mədəniyyətsizlikdir ki, Azərbaycanda yayılmaqdadır və Patron tumları da bu sırada yer alır. Üstəlik bizə gələn şikayətlərə əsasən deyə bilərəm ki, tum satıcıları uduş kompaniyaları keçirir və həmin kompaniyalar tamamilə saxtadır. İndiyənə kimi bizə kiminsə bu kompaniyalarda hədiyyə qazanması haqqında heç bir məlumat gəlməyib. Tumun içindən kənar cism çıxdığı üçün Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırılmalıdır və monitorinq aparılmalıdır. Aşkar olunmalıdır ki, orada heç bir sanitar-gigiyenik normalara əməl olunmur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhslükəsizliyi Agentliyinin bu sahədə gördüyü işlərdən və fəaliyyətindən danışıb. O, agentliyin prezidentin istəklərini doğrultmadığını və fəaliyyətini bürokratiya üzərində qurduğunu bildirib:

"Çox təəssüflər olsun ki, uzun illərdir Azərbaycanda bu problemlər yaşanır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranarkən biz cəld müdaxilə üsulunun mövcud olacağına inanırdıq və düşünürdük ki, təhlükəli mal satılan zaman AQTA cəld müdaxilə edərək qarşısını alacaqdır.Çox təəssüflər olsun ki, bu agentlik bizim və cənab prezidentimizin istəklərini doğrultmadı. Onlar köhnə və tapdalanmış bürokratik yollarla gedirlər. Bu olduqca pis bir fəaliyyətdir. Biz də çalışırıq ki, AQTA mükəmməl işləsin və vətəndaşlarımız təhlükəsiz qidalarla qidalansınlar".

Aytac NUR

Son xəbərlər
Bütün xəbərlər »