Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş vaxtı musiqiyə qulaq asmağın inanılmaz fəsadları...
ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri iş müddətində musiqini dinləməyin fəsadlarını araşdırıblar.

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, iş müddətində janrından, ritmindən asılı olmayaraq, musiqi dinləmək bir neçə cəhətdən zərərlidir: ən əsası ona görə ki, işə adaptasiya olunmaq, diqqəti konkret fəaliyyətə yönəltmək çətinləşir, bəzən isə heç ümumiyyətlə mümkün olmur.

Xüsusən də qulaqlıqlarla dinləmə zamanı insan bütün diqqətini musiqiyə yönəltdiyindən, sol yarımkürənin hökmləri ilə idarə olunan və iş prosesində bizə lazım olan alqoritmləri demək olar sıradan çıxarır. Bu o dərəcədə qəliz prosesdir ki, hətta musiqi dinləyişi bitəndən sonra da öz təsirini göstərir, insana verdiyi şüuraltı “doza”nı saxlayır. Bunlar isə həm vaxt itkisinə, həm də işə olan münasibətə ciddi təsir göstərir.

Musiqini bütün beyini, hissiyatı əsir etmək bacarığı işdəki məhsuldarlıq, sistemlilik və planlaşmaya mane olur.

Hədəfə varmanın, günlük iş qrafikinə sabitliyin ilk düşməni məhz iş zamanı musiqiyə dalmaqdır.

Doğrudur, musiqi öz-özlüyündə ruha qida və dinlədici bir faktordur. Lakin sol yarımkürənin məntiqə, hesaba adaptasiya olunmağa başladığı zaman musiqini dinləmək bütün beyin sistemində xaos yaradır.

Alimlər sosial araşdırmadan sonra iş zamanı mütəmadi olaraq, musiqi dinləyənlərin əslində, bir o qədər də faydalı əmək qabiliyyətini olmadığını bir daha özləri üçün təsdiqləyiblər.

Qulaqlıqdan isə ümumiyyətlə, istifadə olunmamaq tövsiyyə edilir. Corciya Universitetinin alimləri qulaqlıqın insanı ətraf aləmdən tamamilə təcrid etmək gücündə olduğunu vurğulayırlar.

Son xəbərlər
Bütün xəbərlər »