Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı cinayət törədənlərə hökm oxundu
Qadının əllərini bağlayaraq 5 min manat pulunu alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və xuliqanlıqda təqsirləndirilən Orxan Hümbətov, onun qardaşı Vaqif Hümbətov və tanışları Rəmzi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Vaqif Hümmətov 5 il,Orxan Hümmətov 10 il, Rəmzi Muradov 9 il müddətə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. İttihama görə, Orxan Hümmətov tanışı Rəmzi Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib. Həmin şəxslər qadının əl-qolunu bağlayaraq onun 5 min manat pulunu alıblar.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılıb.

Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, Orxan Hümmətov qardaşı Vaqif Hümmətovla xuliqanlıq ediblər.

Belə ki, onlar Biləcəri qəsəbəsində Kamaz sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər. Vaqif Hümmətov saxlanılan zaman onun üzərindən silah və narkotik maddə aşkarlanıb.

Rəşad VAQİFOĞLU

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »